Avropa Komissiyası Aİ nin hərbi büdcəsini 10 dəfə artırmaq niyyətindədir

20.04.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa Komissiyası 2028–2034-cü illəri əhatə edəcək yeni yeddiillik büdcədə hərbi xərcləri kəskin şəkildə artırmağı planlaşdırır.

Bunu Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyus bildirib.
Onun sözlərinə görə, hərbi büdcənin €13 milyarddan €131 milyarda çatdırılması nəzərdə tutulur.

O, Avropa Parlamentində çıxışı zamanı bildirib ki, mövcud təhlükəsizlik çağırışları fonunda müdafiə və kosmik proqramlar üzrə maliyyələşmənin artırılması zəruridir və bu istiqamətdə heç bir kompromisə yol verilməməlidir.

Kubilyus qeyd edib ki, €131 milyardlıq məbləğ minimum hədd kimi qiymətləndirilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью