Avropa Komissiyası antiGürcüstan mövqeyi tutub Baş nazir

20.12.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

“Bu, anti-Gürcüstan addımı, Gürcüstan dövlətinə hücumdur və böyük təəssüf doğurur”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının gürcü diplomatları və rəsmiləri üçün vizasız rejimin dayandırılması təklifini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu addım simvolik olacaq və heç bir təsirə malik olmayacaq.

“Məlum olduğu ki, Avropa Şurası bu təklifi yanvar ayında müzakirə etməlidir. Biz yekun qərarı gözləyəcəyik”, - İ.Kobaxidze söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью