Avropa Komissiyası: Azərbaycan həm bərpaedilən, həm də qazıntı yanacaqlarında nümunəvi ölkədir

03.06.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 iyun, AZƏRTAC

2040-2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq istəyirik. Bunun üçün rəqabətə yönəlməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin – Enerji üzrə baş direktoru Kristina Lobillo Borrero Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Avropa Komissiyası rəqabəti genişləndirməyə fokuslanıb.

“Etibarlı partnyorlar çox vacibdir, Azərbaycan buna çox gözəl örnəkdir. Həm bərpaolunan, həm də qazıntı yanacaqlarında Azərbaycan nümunəvi ölkədir. Avropa İttifaqı bütün beynəlxalq tədbirlərdə iştirak edir. Biz birlikdə şəffaflıq, təmiz texnologiya, təchizatın təhlükəsizliyi üzərində işləməliyik”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью