Avropa Komissiyası Donald Tusku dəstəklədi

01.11.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Komissiyası Polşada davam edən kəskin siyasi böhran fonunda Avropapərəst Baş nazir Donald Tuskı açıq şəkildə dəstəklədiyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Demokratiya, Ədliyyə, Qanunun aliliyi və İstehlakçı hüquqlarının müdafiəsi üzrə komissarı Maykl Makqrat “Politico” nəşrinə bildirib.

Makqratın sözlərinə görə, Polşa Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin edilməsi birbaşa Seymin səlahiyyətində olmalıdır. O, fikirlərini Avropa Ədliyyə Məhkəməsinin mövqeyi və Avropa Şurasının Venesiya Komissiyasının rəyi ilə əsaslandırıb.

“Politico”nun məqaləsində qeyd olunur ki, Avropa Komissiyası vəziyyəti diqqətlə izlədiyini bildirərək mahiyyətcə Tuska tam dəstəyini nümayiş etdirib.

Xatırladaq ki, oktyabrın 30-da nümayişçilər Konstitusiya Tribunalının binası qarşısına toplaşıblar. Hadisələr məhkəmə rəhbərliyi ətrafında münaqişə səbəbindən pik həddə çatıb. Məhkəmənin saytında sədr Boqdan Svençkovski və müavini Bartolomey Soxanskinin vəzifədən kənarlaşdırıldığı elan edilib. Hakim Anna Korvin-Piotrovskaya isə ən təcrübəli hakim kimi tribunalın sədr əvəzi olduğunu bəyan edib.

Polşa Prezidenti Karol Navrotski baş verənləri konstitusiya orqanının “güc yolu ilə ələ keçirilməsi” adlandırıb, xarici səfərini təcili yarımçıq saxlayaraq keçmiş rəhbərliyin bərpasını tələb edib. Bu fonda keçmiş Baş nazir Mateuş Moravetski Tusk hökumətinə etimadsızlıq votumunun (səsvermə) hazırlandığını elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью