Avropa Komissiyası israilli nazirlərə sanksiya təklifi ilə çıxış edib

17.09.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Komissiyası Qəzzadakı hərbi əməliyyatlarla bağlı olaraq, İsraillə azad ticarət razılaşmalarının dayandırılmasını təklif edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İsrail hökumətində iki nazirə - İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə, HAMAS üzvlərinə və İordan çayının qərb sahilində məskunlaşanlar arasında zorakılıq törədənlərə qarşı sanksiyaların tətbiqi fikrini irəli sürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью