Avropa Komissiyası Maskın çatbotu ilə bağlı araşdırmaya başladı

26.01.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Avropa Komissiyası (AK) istifadəçilərə istək əsasında fotolardakı insanları "soyundurmağa" imkan verən şəkil redaktə xidməti olan "Grok" çatbotu ilə bağlı yeni araşdırmaya başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"AK ABŞ-li sahibkar İlon Maskın çatbotu olan "Grok"a qarşı açıq-saçıq görüntülər hazırladığına görə araşdırmaya başlayıb", - deyə xəbərdə bildirilib.

AK daha əvvəl "Grok"un real fotolara əsaslanaraq, çılpaq şəkillər yaratması xüsusiyyətini Avropa qanunlarının pozulması kimi qiymətləndirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью