Avropa Komissiyası rəhbərinin istefasını tələb edirlər | Icma.az
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
MERCOSUR bloku ilə sazişin imzalanmasına görə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə qarşı daha bir etimadsızlıq votumu səsverməyə çıxarılacaq.
"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, Strasburqda Avropa İttifaqının bir neçə ölkəsindən olan fermerlər bu sazişə etiraz ediblər.
Tələblərdən biri AK rəhbərinin istefası olub. Bu, "Ursula fon der Lyayen, evə get" yazılı və hava şarlarına bağlanan plakatda əks edilib.
Komissiyaya etimadsızlıq, Lyayen və onun komandasının istefasının tələbi ilə bağlı müzakirələr zamanı aydın olub ki, hətta bu təklifi irəli sürənlər də bunun reallaşacağına inanmırlar.
Təklif sağçı və ultra-sağçı "Patriots for Europe" (PFE) qrupları tərəfindən təqdim edilib.
"Təklif 100-dən çox deputat tərəfindən imzalanıb, lakin onlar şam yeməyi planlarını ləğv etməməyi üstün tutublar və hətta müzakirəyə gəlməyiblər.
Bu, onların məsələyə nə qədər ciddi yanaşdığını göstərir", - deputatlardan biri bildirib.
Tam oxu
Xəbəri oxu