Avropa Komissiyası Rumıniyaya 869 milyon avronun transferini dayandırıb

30.05.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Komissiyası (AK) Rumıniya hakimiyyətinin iki əsas şərti yerinə yetirməməsi səbəbindən Rumıniyaya 869 milyon avroluq transferləri dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə sərmayələr və Avropa layihələri naziri Marsel Bolos bildirib.

"Avropa Komissiyası həmçinin 869 milyon avro ödənişləri dayandırıb, bunun 814 milyon avrosu qrant komponenti, 55 milyon avrosu isə kredit komponentidir",- o, deyib.

Rumıniya hökuməti noyabrın 28-dək bütün islahatları həyata keçirməli və Aİ Komissiyasından razılıq almalıdır. Əks halda, vəsaitin geri dönməz şəkildə Aİ büdcəsinə qaytarılacağı bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью