Avropa Komissiyası “Şimal axını 2”yə ​​qarşı sanksiyaların müzakirəsinə başlayıb

24.05.2025

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Aİ Rusiya və Almaniyanı birləşdirən “Şimal axını 2”nin yeni sanksiyalar paketinə daxil edilməsi qərarına yaxınlaşır

Mayın 23-də Avropa Komissiyası (AK) “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələri ilə məsləhətləşmələrə başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Baltik dənizinin dibi ilə keçən boru kəmərlərinə qadağa qoyulması mümkünlüyü müzakirə olunur.

Vurğulanıb ki, Aİ Rusiya və Almaniyanı birləşdirən “Şimal axını 2”nin yeni sanksiyalar paketinə daxil edilməsi qərarına yaxınlaşır.

Mənbələrə görə, AK “Ukraynada hərbi əməliyyatların dayandırılmasına yönəlmiş danışıqlarla bağlı son hadisələri izləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью