Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, Platformanın sahibi olan "PDD Holdings" və onun törəmə şirkəti "WhaleCo Technology" şirkətlərinə ilkin iradları əks etdirən rəsmi bildiriş göndərilib. Sənəddə şirkət nümayəndələrinin Dublində keçirilən plandankənar yoxlama zamanı göstərdiyi davranışlarla bağlı narahatlıqlar yer alır.
Yoxlama 2025-ci il dekabrın 2-dən 5-dək keçirilib və ayrıca araşdırmanın bir hissəsi olub. Həmin araşdırmanın məqsədi "Temu"nun Avropa İttifaqı bazarında rəqabəti poza biləcək xarici subsidiyalar alıb-almadığını müəyyənləşdirməkdir.
Avropa Komissiyasının ilkin qiymətləndirməsinə görə, şirkət müstəntiqlərin əsas tələblərinin bir hissəsini tam şəkildə yerinə yetirməyib. Söhbət xüsusilə şirkətin Aİ-də biznes idarəçiliyi, informasiya sistemləri və mühasibat sənədləri ilə bağlı məlumatların təqdim edilməsindən gedir.
Komissiya hesab edir ki, tələb olunan məlumatların təqdim edilməməsi sübutların toplanması prosesini çətinləşdirib. İddialar təsdiqlənərsə, "Temu"nun sahibi "PDD Holdings" əvvəlki maliyyə ilindəki qlobal illik dövriyyəsinin 1 faizinə qədər məbləğdə cərimə oluna bilər.
Bununla belə, şirkət iş materialları ilə tanış olmaq və yekun qərar qəbul edilməzdən əvvəl öz etirazlarını təqdim etmək hüququnu saxlayır.
Bizimyol.info