Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ukraynanın 24 milyard avroluq (27 milyard dollar) kəsiri gözlənilmədən həll edilib. Avropa Komissiyası Ukraynanın bu il üçün maliyyə və hərbi ehtiyaclarının tam ödənildiyini bildirib. Bu açıqlama Kiyevin Müdafiə Nazirliyinin büdcəsində 27 milyard dollar (təxminən 24 milyard avro) kəsir olduğunu bildirməsindən bir ay sonra verilib və bu, Brüsseli çaşqınlığa salıb.
Məlumatı "Euronews" verib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen cümə axşamı qeyri-müəyyən bir açıqlamasında bildirib: “Bu gün birgə səylər nəticəsində Ukraynanın 2026-cı il üçün büdcəsini və müdafiə ehtiyaclarını ödəmək üçün resursları təmin etdik. Biz həmçinin onların vaxtında çatdırılmasını təmin etmək üçün lazımi addımları təsdiqlədik”.
Beləliklə, Aİ-nin icra orqanı avqustun sonlarında başlayan müzakirəni başa çatdırıb. O zaman Prezident Volodimir Zelenski müttəfiqləri kəsiri bağlamağa çağırmış və həyati əhəmiyyətli silah təchizatının təhlükə altında olduğu barədə xəbərdar etmişdi: “Bizə daha çox pul lazımdır, daha çox”, - deyə Zelenski bildirmişdi.
O vaxtdan bəri Avropa Komissiyası “maliyyə boşluğunun” miqyasını müəyyən etmək üçün Ukrayna hökuməti ilə texniki məsləhətləşmələr aparıb.
P.ƏMİRCANOV
XQ