Avropa Komissiyası Ukraynaya dörd milyard avro yardım ayırıb

10.07.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Avropa Komissiyası (AK) Kiyevə ümumilikdə daha 4 milyard avro yardım ayırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) prezidenti Ursula fon der Lyayen Romada Ukraynanın donorlarının konfransında bildirib.

Bundan əlavə, Ursula fon der Lyayen Ukraynanın yenidən qurulması üçün Avropa Fondunun yaradıldığını elan edib və Kiyevə dəstək məqsədilə 10 milyard avro investisiya ayrılmasına çağırıb. "Mən İtaliya, Almaniya, Fransa və Avropa İnvestisiya Bankı ilə birlikdə yaratdığımız Ukraynanın yenidən qurulması üçün Avropa Fondunun təsis edilməsini elan etməyə hazıram. Bu gün imzaladığımız qrantlar və kredit zəmanətləri Ukraynaya 10 milyarda qədər fərdi investisiya cəlb etməlidir", - deyə o, Romada keçirilən Kiyevə yardım üçün donorların konfransında bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью