Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avqustun 24-də Avropa Komissiyası 90 milyard avroluq Aİ kreditinin bir hissəsi olaraq Ukrayna üçün 6,1 milyard avro dəyərində yeni müdafiə satınalmalarını təsdiqləyib. Vəsait hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri, raketlər, sursat və radar stansiyaları üçün istifadə olunacaq.
Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinə istinadən “Kaliber.az” məlumat yayıb.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Rusiyanın artan hücumları fonunda Avropa Ukraynanı qorumaq üçün təchizatı artırmaq niyyətindədir.
Təchizatların əksəriyyətini Aİ-nin müdafiə şirkətləri həyata keçirəcək. Avropa Komissiyası həm də Rusiyanın ballistik raketlər və dronlardan aktiv istifadəsini nəzərə alaraq istehsalın artırılmasına çağırıb.
P.ƏMİRCANOV
XQ