Avropa Komissiyası və Avropa İttifaqı Şurasının sədrləri iyulun 24 də Çinə səfər edəcək

21.07.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Kosta iyulun 24-də Çinə səfər edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Çin sədri Si Cinpin Avropa Komissiyası və Avropa İttifaqı Şurasının rəhbərləri ilə görüşəcək.

Bundan əlavə, Dövlət Şurasının Baş naziri Li Qiang onlarla Çin-Avropa İttifaqının 25-ci sammitini keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью