Avropa Komissiyası “X” sosial şəbəkəsi barədə araşdırmanı dayandırıb

17.07.2025

Icma.az, Ayna saytına istinadən bildirir.

AK ABŞ-la ticarət danışıqlarını başa çatdırmaq üçün rəqəmsal şəffaflıq qaydalarını pozan “X”in işinə baxılmasını təxirə salıb

Avropa Komissiyası (AK) ABŞ-la ticarət danışıqları ilə əlaqədar İlon Maskın “X” sosial şəbəkə şirkəti barədə araşdırmanı müvəqqəti dayandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, AK ABŞ-la ticarət danışıqlarını başa çatdırmaq üçün rəqəmsal şəffaflıq qaydalarını pozan “X”in işinə baxılmasını təxirə salıb. Bu məsələ ilə bağlı qərar Avropa İttifaqı ilə ABŞ arasında ticarət danışıqlarında vəziyyət aydınlaşdıqdan sonra veriləcək.

İyul ayında AK araşdırmanın ilkin nəticələrini açıqlamışdı. Bildirilmişdi ki, şirkət reklamda şəffaflığın təmin edilməsi və tədqiqatçıların açıq məlumatlara çıxışı baxımından Avropa Birliyinin Rəqəmsal Xidmətlər Aktına (DSA) əməl etmir. Tələblərə əməl edilmədiyi təqdirdə AK şirkəti illik gəlirinin 6%-ə qədər cərimə ilə hədələyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью