Avropa Komissiyasından ABŞ yə qarşı cavab tədbirləri barədə AÇIQLAMA | Icma.az
Icma.az, Baku.ws portalına istinadən məlumat verir. Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları fonunda birli
BAKU.WS xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəqabət məsələləri üzrə vitse-prezidenti Teresa Ribera "Financial Times" nəşrin
"Avropa İttifaqı öz maraqlarını qorumaq üçün lazım ola biləcək heç bir addımdan imtina etməməlidir.
Aİ-nin mümkün tədbirlərdən ibarət bir "menyusu" var", - deyə avropalı rəsmi vurğulayıb.
Ribera hansı konkret cavab tədbirlərindən söhbət getdiyini açıqlamayıb.
O, tərəflərin gərginliyin azaldılmasına çalışmalı olduqlarını qeyd etsə də, Brüsselin zərurət yaranacağı təqdirdə əlavə addımlar atmağa hazır olmalı olduğunu bildirib.
Qeyd edək ki, 17 yanvar tarixində ABŞ prezidenti Donald Tramp Qrenlandiya ətrafında yaranmış vəziyyətlə əlaqədar bir sıra Avropa ölkələrinə qarşı rüsumların tətbiq ediləcəyini elan edib.
Sözügedən tədbirlər Danimarka, İsveç, Fransa, Almaniya, Niderland və Finlandiya, eləcə də Aİ-yə üzv olmayan Böyük Britaniya və Norveçə şamil olunacaq.
Tam oxu
Xəbəri oxu