Avropa Komissiyasından İsraillə bağlı QƏRAR

25.11.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Komissiyası "İsrail tərəfindən insan hüquqlarının pozulması ilə əlaqədar olaraq Avrora İttifaqı ilə Assosiasiya Sazişinin tam dayandırılmasını tələb etmək" adlı Avropa vətəndaş təşəbbüsünü qeydiyyata alıb.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, qeydiyyat komissiyanın bu məsələ ilə bağlı yekun qərarına və ya atıla biləcək hər hansı potensial addımlara təsir göstərmir.

Komissiya təşəbbüsə yalnız o halda qərar verəcək ki, Aİ ölkələrinin vətəndaşlarından ən azı 1 milyon imza toplanmış olsun.

İmza toplamaq və digər zəruri prosedurları həyata keçirmək üçün təşkilatçılara ümumilikdə bir il yarım vaxt verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью