Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüş keçirilib

28.01.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyində Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə keçirilmiş görüşdə Avropa İttifaqı ilə qarşılıqlı iqtisadi əlaqələrə dair müzakirə aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüşüb. 

XQ xəbər verir ki, görüşdə Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bildirilib ki, ölkəmizin əlverişli işgüzar mühiti avropalı investorlar üçün geniş imkanlar təqdim edir.

Tərəflər qarşılıqlı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparıblar. Aİ-nin Azərbaycanın regional nəqliyyat və əlaqəlilik təşəbbüslərinə dəstək imkanları dəyərləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью