Avropa Komissiyasının Prezidenti səhhəti ilə əlaqədar bütün görüşlərini ləğv edib AZƏRTAC

04.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 4 yanvar, AZƏRTAC

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen səhhəti ilə əlaqədar bütün görüşlərini ləğv edib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, o, pnevmaniyaya yoluxduğu üçün yanvarın ilk iki həftəsi ərzində görüşlərini ləğv etməli olub. Ləğv edilən tədbirlər arasında Polşanın Avropa Şurasında sədrliyə başlaması ilə əlaqədar Qdanska planlaşdırılan səfər də var.

Onun öz vəzifələrini Hannoverdən icra etdiyi, səhhəti yaxşılaşdıqda yanvarın ortalarından etibarən Brüsseldəki ofisində fəaliyyətini davam etdirəcəyi bildirilib.

Altmış altı yaşlı Ursula Fon der Lyayen 2019-cu il dekabrın 1-dən Avropa Komissiyasının Prezidentidir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью