Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) dəyişən geosiyasi vəziyyətdə mühüm rol oynayır.
Bu barədə "Report"a Avropa Komissiyasının mobillik və nəqliyyat üzrə baş direktorunun müavini Maya Marçiç bildirib.
"Orta Dəhliz daha da böyük əhəmiyyət kəsb edir. Xüsusilə Ukraynada müharibədən sonra davamlı həll yolu tapmalıyıq.
Söhbət təkcə infrastrukturun inkişafından getmir. Rəqəmsallaşma da əsas elementdir.
Bakıda imzalanan bəyannamə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verib ki, bu da bizə tam dayanıqlı dəhlizin yaradılması üzərində işləməyə imkan verir.
Əlbəttə, müəyyən problemlər var, lakin bu gün nümayiş olunduğu kimi, birgə iş onları aradan qaldırmağa və bu marşrutun böyük potensialını açmağa imkan verir", - deyə Marçiç qeyd edib.
O vurğulayıb ki, nəqliyyat dayanıqlığının inkişafı Paris Sazişinin məqsədlərinə nail olmaq üçün mühüm addımdır.