Avropa Komissiyasının sədri: ABŞ dəki dəhşətli qəza xəbərindən dərindən kədərləndik

30.01.2025

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə onun sosial şəbəkələrdəki paylaşımında bildirilib.

"Vaşinqtonda baş vermiş dəhşətli qəza - təyyarə və helikopterin toqquşması xəbərindən dərindən kədərləndik. Avropa bu ağır vaxtda həlak olanların ailələrini və bütövlükdə Amerika xalqını dəstəkləyir. Qəlbimiz və düşüncələrimiz sizinlədir", - o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью