Avropa Komissiyasının yeni tərkibi təsdiqləndi

27.11.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

Avropa Parlamentinin (AP) deputatları çərşənbə günü Avropa Komissiyasının (AK) yeni tərkibini təsdiqləyiblər.

Publika.az xəbər verir ki, bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Avropa İttifaqı üzv dövlətləri tərəfindən təklif edilən və əvvəlcədən AP komitələri tərəfindən razılaşdırılan bütün namizədlər səs çoxluğu ilə qəbul edilib. Yeni tərkibli Avropa Komissiyasına ardıcıl ikinci dəfə seçilən Ursula fon der Lyayen rəhbərlik edəcək.

Avropa Komissiyasının 27 üzvü Avropa Şurası tərəfindən rəsmi təsdiqdən sonra dekabrın 1-dən öz səlahiyyətlərinin icrasına başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью