Avropa Komissiyasının yeni tərkibi təsdiqlənib

28.11.2024

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Avropa Şurası noyabrın 28-də Avropa Komissiyasının yeni tərkibini təsdiq edib.
Reyting.az
xəbər verir ki, bu barədə Avropa Şurasının Mətbuat Xidməti məlumat yayıb.
"Avropa Şurası bu gün yazılı prosedurla Avropa Komissiyasının 2024-cü dekabrın 1-dən 2029-cu il oktyabrın 31-dək olan yeni tərkibini təsdiqlədi. Beləliklə, Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen, Avropa İttifaqı (Aİ) Komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi isə Kaya Kallas olacaq", - məlumatda qeyd edilib.
Xatırladaq ki, bundan əvvəl, yəni noyabrın 27-də Avropa parlamentinin deputatları Strasburqda keçirilən plenar sessiyada səs çoxluğu ilə Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib(Report).

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью