Avropa Kuboku: Azərbaycan cüdoçusu Əbil Yusubov gümüş medal qazanıb

05.07.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk yarış günü Azərbaycan millisi üçün bir medalla yadda qalıb.

“Cebheinfo.az” xəbər verir ki, yığmanın üzvü Əbil Yusubov (73 kq) finala gedən yolda keçirdiyi beş görüşün hamısında qələbə qazanıb.

Final qarşılaşmasında italiyalı Luço Tavolettaya uduzan Azərbaycan cüdoçusu yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, Avropa Kubokunun son yarış günündə Azərbaycan millisinin daha 15 üzvü tatamiyə çıxacaq.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью