Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 avqust, AZƏRTAC
Qadınlar həndbolçulardan ibarət “Kür” komandasının Avropa Kubokunun II mərhələsində Kiprin APOEL klubu ilə keçirəcəyi oyunların yeri məlum olub.
Bu barədə AZƏRTAC-a klubun idman direktoru və baş məşqçisi Fuad Yanqildin məlumat verib.
Onun sözlərinə görə, hər iki qarşılaşma Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, oyunlar bu ilin oktyabr ayında keçiriləcək.
Müxbir – Cavid Əliyev