Avropa Kuboku: Azərbaycan klubunun basketbolçusu turun oyunçusu seçilib

16.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 noyabr, AZƏRTAC

"LANDAU Lions" klubunun basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda VI turun ən yaxşı oyunçusu seçilib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, o, İsveçrədə yerli "Cenevrə Lions” komandası ilə oyunda 34 xal, 2 ribaund, 2 assist və 30 effektivlik göstəricisi ilə fərqlənib.

Xatırladaq ki, Bakı təmsilçisi bu matçda rəqibinə 77:85 hesabı ilə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью