Avropa Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

17.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bu gün qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda növbəti oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, təmsilçimiz turnirin III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gələcək.
Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunacaq qarşılaşma saat 12:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün baş tutan ilk görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 33:20.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью