Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mingəçevir, 1 dekabr, AZƏRTAC Kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək.AZƏRTAC xəbər verir ki, Mingəçevir təmsilçisi 1/16 final mərhələsinin cavab matçında İslandiyanın “Haukar” komandası ilə qarşılaşacaq.Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Matçı Moldovadan olan referilər – Kristina Sirbu və Viktor Serdiuç idarə edəcəklər.
Görüşün EHF (Avropa Həndbol Federasiyası) nümayəndəsi isə türkiyəli Kənan Gökmən olacaq.Qeyd edək ki, komandalar arasında ilk oyun Azərbaycan çempionunun 25:30 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Kür” mərhələ adlamaq üçün 6 top fərqi ilə qalib gəlməlidir. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.