Avropa Kuboku: Azərbaycanın 3x3 basketbol komandaları seçmə mərhələdə mübarizəyə başlayır

13.06.2026

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın 3x3 basketbol üzrə qadın və kişilərdən ibarət milli komandaları Avropa Kubokunun seçmə mərhələsində mübarizəyə başlayacaq.

SİA-nın məlumatına görə, kişilərdən ibarət kollektiv Kosovoda təşkil olunacaq turnirdə bu gün Albaniya, Malta və San Marino ilə üz-üzə gələcək.

Qadınlardan ibarət yığma isə A qrupunda Kipr və Maltanı sınağa çəkəcək.

Hər iki qrupda növbəti matçlar iyunun 14-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью