Avropa Kuboku: “Gəncə” Türkiyə klubu ilə qarşılaşacaq

12.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 noyabr, AZƏRTAC

Bu gün “Gəncə” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti matçını keçirəcək.

AZƏRTAC xəbər verir ki, C qrupunda çıxış edən təmsilçimiz VI tur çərçivəsində Türkiyənin “Esenler Erokspor” klubunu qəbul edəcək.

Gəncə İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Gəncə” əvvəlki turlarda Rumıniyanın “Universitatiya” komandasına 96:105, Yunanıstanın “Kolossos” klubuna 62:80, Türkiyə təmsilçisi “Esenler Erokspor”a isə 63:92 hesabı ilə məğlub olub. Təmsilçimiz evdə Portuqaliyanın “Sportinq” kollektivini 69:67 hesabı ilə üstələyib. “Rilski Sportist”lə (Bolqarıstan) görüşdə isə “Gəncə”yə 0:20 hesabı ilə texniki məğlubiyyət verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью