Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib

10.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 oktyabr, AZƏRTAC

Həndbol üzrə Avropa Kubokunun (EHF European Cup) ikinci təsnifat mərhələsində mübarizə aparan qadınlardan ibarət “Kür” klubu tarixində ilk dəfə avrokubokların növbəti mərhələsinə adlamağa yaxındır.

AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan ilk qarşılaşmada təmsilçimiz Kiprin “APOEL” komandası ilə üz-üzə gəlib. Görüş komandamızın 40:18 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Komandalar arasındakı cavab oyunu oktyabrın 11-də keçiriləcək.

Müxbir - Mikayıl Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью