Avropa Kuboku: Kür İslandiya klubu ilə qarşılaşacaq

30.11.2024

Icma.az, Cbcsport portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində bu gün İslandiyanın “Haukar” klubu ilə üz-üzə gələcək.

“Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Görüşü moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyuk idarə edəcək.

Qeyd edək ki, razılaşmaya əsasən komandalar arasında cavab görüşü də sabah “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək. “Kür” II mərhələdə Kiprin “Parnassos Strovolu” komandasına qalib gəlmişdi (32:29, 35:31).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью