Avropa Kuboku: Kür İslandiya klubu ilə üzüzə gələcək

30.11.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində bu gün İslandiyanın “Haukar” klubu ilə üz-üzə gələcək.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Görüşü moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdiuk idarə edəcək.

Qeyd edək ki, razılaşmaya əsasən komandalar arasında cavab görüşü də sabah Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində keçiriləcək. “Kür” II mərhələdə Kiprin “Parnassos Strovolu” komandasına qalib gəlmişdi (32:29, 35:31).

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью