Avropa Kuboku: Neftçi komandası ilk oyununda məğlub olub

15.10.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

"Neftçi" basketbol komandası Avropa Kubokunun əsas mərhələsində mübarizəyə start verib.

"Report"un məlumatına görə, "ağ-qaralar" ilk oyununda səfərdə Polşada "Trefl" komandası ilə qarşılaşıb.

Görüş rəqibin 92:63 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, I qrupunun digər matçında Azərbaycanın digər təmsilçisi "Abşeron Lions" oktyabrın 16-da Estoniyanın "Kalev" komandasını qəbul edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью