Avropa Kuboku: Neftçi Pyarnu nun qonağıdır

30.09.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Bu gün "Neftçi" basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində ikinci matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, Kostas Vasiliadisin çalışdırdığı kollektiv Estoniya "Pyarnu"sunun qonağı olacaq.

20:00. "Pyarnu" (Estoniya) - "Neftçi" (Azərbaycan)
Pyarnu.

Bakı təmsilçisinin heyəti belədir: Şakael Prays, Elayca Hokins, Nicat Nəsirov, Aleksa Stepanoviç, Ulaş Turqut, Miliç Starovlax, Cəbrayıl Əkbərov, Ramazan Qarayev, Rob Hovard, Zakariya Hiks, Ağa Aağayev, Tunar Hacızadə.

"Neftçi" Bakıda baş tutan ilk görüşdə rəqibini 80:67 hesabı ilə yenib.

Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью