Avropa Kuboku: Qarabağ revanş matçına çıxır

17.11.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda bu gün növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 3-cü mərhələsinin cavab matçına çıxacaq.

“Qarabağ” Ukrayna təmsilçisi “Qaliçanka”nı qəbul edəcək. Matç “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutacaq.

Bir gün əvvəl eyni məkanda qonaq qismində çıxan Azərbaycan klubu revanş almağa çalışacaq. “Qarabağ” 1/8 finala adlamaq üçün 13 topluq fərqi aradan qaldırmaq kimi çətin vəzifənin öhdəsindən gəlməlidir.

Qeyd edək ki, dünən keçirilən görüşdə Ukrayna klubu 33:20 hesabına sevinib.

Avropa kuboku
3-cü mərhələ, cavab oyunu
17 noyabr

12:00. “Qarabağ” (Azərbaycan) – “Qaliçanka” (Ukrayna)
“Kür” Olimpiya İdman-Tədris Mərkəzi
İlk oyun – 20:33

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью