Avropa Kuboku: “Sabah” basketbol klubu bu gün son oyununa çıxacaq

13.11.2024

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah" basketbol komandası FIBA Avropa Kubokunda bu gün sonuncu oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, G qrupunda yer alan Bakı klubu səfərdə İsveçin "Norrçöpinq Dolfins" kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar arasında Bakıda keçirilmiş qarşılaşma 74:70 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Qeyd edək ki, "Sabah" daha əvvəl Yunanıstanın "Marussi" (70:82, 71:82) və Belçikanın "Spiru" komandalarına (68:78,81:82) da məğlub olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью