Avropa kubokunda 14 cüdoçu ilə təmsil olunacağıq

10.03.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku keçiriləcək. Sport24.az xəbər verir ki, yarışda Azərbaycan millisi də iştirak edəcək.

Yığmamız Avropa kubokunda 5 çəkidə 14 qız idmançı ilə təmsil olunacaq.

Baş məşqçisi Elnur İsmayılov Poreçdə Mədinə Hüseynova (40 kq), Fatimə Abdullayeva, Xədicə Abdullayeva, Gülşən Hüseynova (hər üçü 44 kq), Leyla Ələkbərova, Nigar Məmişova, Nərmin Ağamirzadə, Nərgiz Əhmədova (hamısı 48 kq), Gülnaz Məmmədtağıyeva, Aysun Məmmədova, Səmayə Yusifli, Nəzakət Vəliyeva (hamısı 57 kq), Fidan Cəlilli və Mələk Bayramlıya (hər ikisi 70 kq) şans verəcək.

Qeyd edək ki, yarış martın 15-16-da olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью