Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan atıcısı Ruslan Lunyov Avropa Kubokunda daha yaxşı nəticə qazana bilərmiş.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu idmançı bildirib O, ikinci yeri tutduğu üçün sevindiyini vurğulayıb: “Nəticələrim normaldır.
Ancaq daha yaxşı atəş aça bilərdim. Bu dəfə belə alındı. İki gümüş medal qazandım. Yarışdan əvvəl gözləntilərim yaxşı idi.
Mən Avropa Kuboklarında əksər vaxtlarda iki medal qazanıram. Tallində hər il belə yarış olur. Bu dəfə də medallarımın sayı 2 oldu.
Turnirin ilk hissəsində zəif atəş açdım. İkinci hissəyə başlayanda bilirdim ki, mənim üçün çətin keçəcək.
Amma nəticəm yaxşı oldu və ikinci yerə çıxdığım üçün sevindim. Düşünürdüm ki, 3 və ya 4-cü yerləri tutacağam”.
R.Lunyov qarşıdakı planlar barədə də danışıb: “Fransada keçiriləcək Avropa çempionatına hazırlaşıram.