Avropa Kubokunda medallarımızın sayı 3 ə çatıb FOTO

16.03.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, yarışda millimiz daha 2 medal qazanıb.

40 kq çəkidə mübarizə aparan Mədinə Hüseynova və 44 kq çəkidə qüvvəsini sınayan Xədicə Abdullayeva bürünc medala yiyələniblər.

Bununla, cüdoçularımızın Avropa Kubokunda əldə etdiyi medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) yarışın qızıl medalına sahib çıxmışdı.

Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью