Avropa Kubokunda Türkiyə finalı ola bilər

01.04.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 aprel, AZƏRTAC

Basketbol üzrə Avropa Kubokunda yarımfinal oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, turnirdə Türkiyənin üç təmsilçisi adını pley-offa yazdırıb.

“Beşiktaş” yarımfinalın ilk görüşündə “Bağçaşəhər Kolleci”ni 91:72 hesabı ilə məğlub edib.

“Türk Telekom” isə səfərdə Fransanın “Burk Basket” komandasını 99:71 hesabı ilə üstələyib.

Mərhələnin ikinci oyunları aprelin 3-də keçiriləcək. Seriyada iki qələbə qazanan kollektiv adını finala yazdıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью