Avropa kubokunun ilk günündə 3 medal FOTO

09.03.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında Avropa kubokuna start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə millimiz aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.

Ən yüksək nəticəyə qızların mübarizəsində 48 kq çəkidə Könül Eyvazlı imza atıb. Finalda uduzan təmsilçimiz gümüşə sahib çıxıb. Eyni çəkidə mübarizə aparan Leyla Ələkbərova isə bürünc medalın sahibi olub.

Oğlanlar yarışında isə 60 kq çəki dərəcəsində Röyal Qayıbov ən yaxşı nəticəyə nail olub. O, bürüncə yiyələnib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью