Avropa Kubokunun təsnifat mərhələsində millilərimizin rəqibləri müəyyənləşdi

31.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

7-8 iyun Kosovonun Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsinin oyunları baş tutacaq.

Teleqraf.com xəbər verir ki, təsnifat oyunlarında həm kişi, həm də qadın millilərimiz əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Kişilərdən ibarət millimiz İrlandiya, Kosovo, Kipr, Albaniya, Malta seçmələri ilə, qadın millimiz isə İrlandiya, Kosovo, Kipr, Malta yığmaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, həm kişi, həm də qadın kateqoriyasında yalnız təsnifat mərhələsinin qalibi Avropa Kubokunun 2025 əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью