Avropa liderləri birgə bəyanat YAYDILAR

08.06.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merz Londonda keçirilən görüşdən sonra Ukraynaya dəstək barədə birgə bəyanat yayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisinin açıqlamasına istinadən “Armenpress” məlumat yayıb.

Bəyanatda Avropa ölkələrinin Ukraynaya qeyd-şərtsiz və qətiyyətli dəstəyini bir daha təsdiqlədiyi bildirilib.

Qeyd olunub ki, Avropa Ukraynanın sabit və ardıcıl tərəfdarı kimi istənilən sülh nizamlanmasında mühüm rol oynayır və proses ABŞ və digər tərəfdaşlarla sıx koordinasiya şəraitində aparılmalıdır.

Liderlər görüşdə sülh prosesi ilə bağlı bir sıra prinsiplər üzrə razılığa gəliblər. Bunlara dərhal atəşkəs, hazırkı təmas xəttinin danışıqlar üçün əsas kimi qəbul edilməsi, Ukraynanın NATO da daxil olmaqla ittifaqlara qoşulmaq hüququnun tanınması və etibarlı təhlükəsizlik zəmanətləri daxildir.

Həmçinin vurğulanıb ki, Rusiyanın vurduğu zərərin kompensasiyası təmin olunana qədər dondurulmuş aktivlər saxlanılmalıdır və sülh müqaviləsi Avropanın təhlükəsizlik maraqlarını nəzərə almalıdır.

Bəyanatda qeyd edilib ki, Avropa liderləri Ukraynaya dəstəyin davam etdirilməsində qətiyyətlidir.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью