Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya, Polşa, Fransa və digər Avropa ölkələrinin liderləri dekabrın 18-də Brüsseldə görüşəcək.
APA xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.
Görüşdə NATO-nun baş katibi Mark Rutte və Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi qeyd edilir.
Agentliyin məlumatına görə, görüşün əsas mövzusu Ukraynaya əlavə yardımın ayrılması olacaq.