Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa liderləri ABŞ prezidenti Donald Tramp ilə “gərgin danışıqlar” aparıblar.
Məlumata görə, avropalı liderlər Trampdan Rusiyaya qarşı yeni sanksiyalar tətbiqini gözləmirlər.
Tərəflər arasında danışıq baş tutduqdan sonra Avropa liderləri arasında “narazılıq və məyusluq” hökm sürür.
Trampın Rusiyaya qarşı yeni sanksiyaları tətbiq etməməsi Avropa siyasətinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, Tramp hələ tələsmir və məsələnin daha da qəlizləşməməsi üçün ehtiyatlı yanaşma sərgiləyir: "İstər Alyaska görüşü, istər telefon danışıqları, istərsə də indiki addımları bunu göstərir.
Tramp sanki Rusiyanı danışıqlar masasına oturmağa sövq etmək üçün ehtiyatla irəliləyir.
Avropa liderləri isə Trampa təzyiq göstərərək məsələni daha tez həll etməsini və Rusiyaya qarşı təzyiqlərin ABŞ tərəfindən tətbiq olunmasını istəyirlər.