Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər

01.03.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ukrayna və ABŞ liderləri arasında Ağ Evdə uğursuz danışıqlardan sonra Avropa liderləri Zelenskiyə dəstəklərini ifadə ediblər.

APA xəbər verir ki, ilkin olaraq Polşanın Baş naziri Donald Tusk vəziyyətə münasibət bildirib.

“Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”, - Tusk “X” hesabında yazıb.

İspaniyanın Baş naziri Pedro Sançes də “X” hesabında Ukraynanı dəstəkləyib.

“Ukrayna, İspaniya səninlədir”, - siyasətçi qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью