Avropa liderləri Zelenski ilə birgə bəyanat YAYDI | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Avropa liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə bəyanat yayaraq, Ukra
Onların fikrincə, Vladimir Putin müharibəni bitirmək niyyətində olmadığı üçün Rusiyaya təzyiqlər artırılmalıdır.
“Cebheinfo.az” xəbər verir ki, Avropa liderlərinin fikrincə, Ukrayna və Rusiya ordularının hazırkı təmas xətti sülh danışıqlarının başlanğıc nöqtəsi olmalıdır.
Ukrayna, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Polşa, Norveç, Finlandiya, Danimarka liderlərinin, həmçinin Avropa Komissiyası və Avropa Şurasının prezidentlərinin bəyanatında deyilir: “Biz Ukrayna xalqının layiq olduğu ədalətli və davamlı sülh arzusunda həmrəyik”.
Onlar prezident Donald Trampın “düşmənçilik dərhal dayandırılmalıdır” mövqeyini dəstəkləyiblər.
Avropa liderləri bildiriblər ki, hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatları dondurmaqla danışıqlara başlamaq təklifi Zelenskinin mövqeyi ilə üst-üstə düşür.
Zelenski Trampla görüşündən sonra bəyan edib ki, ilk addım atəşkəs olmalıdır, bundan sonra ərazi məsələləri müzakirə oluna bilər.
Bu arada Zelenski qəti şəkildə Putinin bütün Donbası Rusiyaya təhvil vermək təklifindən imtina edib.
Tam oxu
Xəbəri oxu