Avropa liqaları: Marsel dən darmadağın, Qarabağ ın rəqibi uduzub

13.09.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Bu gün Avropanın bir sıra liqalarından fasilədən sonra çempionatlara davam edilib.

İdman.biz bildirir ki, İspaniya La Liqasında 4-cü turun bir oyunu keçirilib “Sevilya” öz meydanında “Elçe”ni qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb. "Sevilya" bu heç-heçədən sonra 4 xal toplayıb. "Elçe"nin hazırda 6 xalı var.

Almaniya Bundesliqasında da 3-cü turun ilk qarşılaşması olub.

“Bayer” “Ayntraxt”ı qonaq edib.

Oyun 3:1 hesabı ilə "Bayer"in xeyrinə başa çatıb. Bununla da "Bayer" xal sayını 4-ə çatdırıb. "Atyntraxt"ın 6 xalı var.

“Ayntraxt” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Komandalar arasında oyun 2026-cı il yanvarın 21-də Almaniyada keçiriləcək.

Fransa Liqa 1-də də 4-cü tura start verilib.

“Loryan” “Marsel”in qonağı olub. Oyun 4:0 "Marsel"in xeyrinə başa çatıb. Bu qələbədən sonra meydan sahibləri 6 xal tolpayıblar. "Loryan"ın isə cəmi 3 xalı var.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью