Avropa Liqası: “Beşiktaş” “Malmö”yə qarşı

06.11.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində IV tura start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda İsveçin “Malmö” komandasını qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Hər iki komanda bundan əvvəl keçirdiyi üç görüşün ikisində məğlub olub.

Qeyd edək ki, Avropa Liqasında IV turun digər oyunları noyabrın 7-də təşkil olunacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью